
Kateqoriyalar
Aktual.ge "Batumelebi" və "Netgazeti"nin təsisçisi Mzia Amağlobeli ilə həmrəyliyini bildirir!
Gürcüstan mətbuatının bir hissəsi, Mzia Amağlobeli ilə həmrəylik əlaməti olaraq, bir neçə saatlıq fəaliyyətini dayandırır.
Daha dəqiq desək, Batumi Şəhər Məhkəməsinin Mzia Amağlobeli barəsində həbs qətimkan tədbiri seçdiyi qərara etiraz olaraq, televiziyalar və onlayn medianın bir hissəsi saat 17:00-dan 20:00-a qədər fəaliyyətini dayandırır.
Bu müddət ərzində itaətsizlikdə iştirak edən KİV-lərin televiziya ekranları və saytları qara fonda belə yazılacaq: “Tənqidi media olmadan ölkə belə olacaq. Mzia Amağləbeliyə və bütün rejim məhbuslarına həmrəylik! Biz itaətsizlik elan edirik!”