14.01.2025 19:59
381
Dünya
A
"Gürcüstan 3+3 formatında öz yerini tuta bilər" - Lavrov

"Gürcüstan 3+3 formatında öz yerini tuta bilər."

Aktual.ge xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında bildirib.

“Biz Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 3+3 mexanizminin yaradılması ilə bağlı təşəbbüsünü fəal dəstəkləmişik - Cənubi Qafqazın üç ölkəsi və onların üç qonşusu: Azərbaycan, Ermənistan, Gürcüstan - Rusiya, Türkiyə, İran”, - deyə o, qeyd edib.

Onun sözlərinə görə, yer hələ də Gürcüstan üçün mövcuddur.

“Artıq ilk əlaqələr qurulub. Qonşumuz Gürcüstan hələ öz yerlərini tutmayıblar, lakin bizim regionun problemlərini müzakirə edəcəyimiz masa arxasındakı bu yer onlar üçün həmişə açıq olacaq", - Lavrov söyləyib.

ŞƏRH YAZ
13