Bu gün qeyri-adi aksiya keçiriləcək: Etirazın tələbi eynidir
15.01.2025 06:08
531
Siyasət
A
Bu gün qeyri-adi aksiya keçiriləcək: Etirazın tələbi eynidir

Yanvarın 15-i saat 15:00-də Gürcüstanda ümumi itaətsizlik aksiyası keçiriləcək.

Aktual.ge xəbər verir ki, bu barədə "Gürcüstan tətil edir!" adlı aksiya qrupundan bildirilib.

Belə ki, qeyri-adi aksiya 15 yanvar saat 15:00-də başlayacaq və saat 18:00-də başa çatacaq. Aksiyada işəgötürənlər və işçilər üç saatlıq ümumi itaətsizliyə qoşulacaq və müvəqqəti olaraq iş yerlerini bağlayıb, çöldə dayanacaqlar. 

Məlumata görə, aksiyanın məqsədi iqtisadiyyatda dayanıqsızlığı, qapalı biznesləri və artan yoxsulluğu nümayiş etdirməkdir. Aksiya iştirakçıları, həmçinin, yeni seçkilərin keçirilməsini və siyasi məhbusların azad edilməsini tələb edirlər. 

Etirazda iştirak etmək üçün işçi və ya işəgötürən olmağından asılı olmayaraq hər kəsin dəvət edildiyi vurğulanıb.

ŞƏRH YAZ
4