
Daxili İşlər Nazirliyinin (DİN) Mərkəzi Cinayət Polis Departamentinin, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları, Baş Prokurorluqla birgə kompleks şəkildə həyata keçirilmiş operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində məhkəmə qərarı əsasında Tbilisidə, İmereti və Sameqreloda 26 nəfəri saxlayıb, 4 nəfərə isə qiyabi ittiham irəli sürülüb, onlardan 3-ü “qanuni oğru”dur.
Aktual.ge xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Bildirilib ki, saxlanılan şəxsləri 15 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.
"İstintaq müəyyən edib ki, saxlanılanlar – “oğru aləmi”nin üzvləri və onun fəaliyyətini dəstəkləyən şəxslər vətəndaşlar arasında yaranan maliyyə mübahisələrinin həllinə müdaxilə ediblər. Təqsirləndirilən şəxslər şəxsi mənfəət əldə etmək məqsədilə xaricdə yaşayan “qanuni oğrular”la əlaqə saxlayır və “oğru razborkaları” təşkil edirdilər.
"Oğru aləmi"nin üzvləri kimi bu şəxslər saxlanılıb: əvvəllər məhkum olunmuş, 1982-ci il təvəllüdlü L.Ç., 1967-ci il təvəllüdlü M.P. ("Paço" ləqəbli), 1987-ci il təvəllüdlü Z.M., həmçinin əvvəllər məhkum olunmuş 1981-ci il təvəllüdlü D.K. ("Mesto" ləqəbli), 1980-ci il təvəllüdlü V.B. ("Koço" ləqəbli), 1985-ci il təvəllüdlü R.M.-ə isə qiyabi ittiham irəli sürülüb.
"Oğru yığıncağında iştirak" ittihamı ilə saxlanılanlar bunlardır: 1977-ci il təvəllüdlü M.G. ("Karate" ləqəbli), 1985-ci il təvəllüdlü G.Ç., 2001-ci il təvəllüdlü B.S., 1970-ci il təvəllüdlü M.U. ("Budzqa" ləqəbli), eləcə də ağır cinayətlərə görə əvvəllər məhkum olunmuş 1968-ci il təvəllüdlü G.A. ("Tekia" ləqəbli), 1967-ci il təvəllüdlü G.S., 2001-ci il təvəllüdlü A.K., 2001-ci il təvəllüdlü S.B., 1963-cü il təvəllüdlü G.G., 1974-cü il təvəllüdlü M.M. və 1979-cu il təvəllüdlü Z.B.
"Oğru aləminin fəaliyyətini dəstəkləmə" faktına görə saxlanılanlar: 1997-ci il təvəllüdlü S.G., 1995-ci il təvəllüdlü M.Q., həmçinin əvvəllər müxtəlif cinayətlərə görə məhkum olunmuş 1974-cü il təvəllüdlü S.Q., 1980-ci il təvəllüdlü K.Ç., 1997-ci il təvəllüdlü İ.B. və 1989-cu il təvəllüdlü R.G.
"Oğru aləmi üzvünə müraciət etmə" ittihamı ilə saxlanılanlar əvvəllər məhkum olunmuş şəxslərdir: 1985-ci il təvəllüdlü S.S., 1978-ci il təvəllüdlü K.Ç. və 1986-cı il təvəllüdlü Ş.V.
"Odlu silahın qanunsuz əldə edilməsi və saxlanması" ittihamı ilə saxlanılan şəxs: əvvəllər məhkum olunmuş, 1991-ci il təvəllüdlü Q.D.
"Qanuni oğru" ittihamı ilə qiyabi ittiham irəli sürülən şəxslər isə hazırda Gürcüstan hüdudlarından kənarda olanlardır: 1977-ci il təvəllüdlü Ceyran Kintsuraşvili, 1987-ci il təvəllüdlü Kako Tuquş ("Enzo" ləqəbli) və 1976-cı il təvəllüdlü Mamuka Çxaberiya ("Mamuka Xonski" ləqəbli)" , - məlumatda deyilir.
Qurumdan bildirilib ki, sözügedən məsələ ilə əlaqədar istintaq gizli formada bir neçə ay davam edib.
"Hüquq-mühafizə orqanlarının əməkdaşları məhkəmə qərarı əsasında bir neçə ay ərzində həyata keçirdiyi gizli istintaq tədbirləri nəticəsində müəyyən edilib ki, saxlanılan "oğru aləmi" üzvləri və onun fəaliyyətini dəstəkləyən şəxslər vətəndaşlar arasındakı maliyyə mübahisələrinin həllində iştirak ediblər. Təqsirləndirilən şəxslər şəxsi mənfəət əldə etmək üçün xaricdə yaşayan “qanuni oğrular”la əlaqə saxlayır və “oğru razborkaları” təşkil edirdilər.
İstintaq məlumatlarına görə, təqsirləndirilən şəxslər “oğru ənənələrinə” uyğun olaraq qərarlar qəbul edib və tərəflərdən birini digərinin, eləcə də öz xeyirlərinə ödəniş etməyə məcbur ediblər. Polis, saxlanılanların şəxsi və yaşayış evlərində axtarışlar zamanı maddi sübut kimi kompüter texnikası və mobil telefonlar aşkar edib, hansılar ki, onlar bir-biri və xaricdəki “qanuni oğrular”la əlaqə saxlamaq üçün istifadə ediblər. Bundan əlavə, odlu silahlar, patronlar, güllələr və narkotik maddə – “marixuana” götürülüb.
"Qanuni oğru", "oğru aləmi"nin üzvü olma, "oğru aləmi" üzvünə müraciət etmə, "oğru aləmi"nin fəaliyyətini dəstəkləmə, "oğru yığıncağında iştirak" və "odlu silahın qanunsuz əldə edilməsi və saxlanması" faktları üzrə istintaq Cinayət Məcəlləsinin 223-cü prim maddəsinin 1-ci və 2-ci hissələri, 223-cü tersiya maddəsinin 2-ci hissəsi, 223-cü sekunda maddəsi, 223-cü kvarta maddəsinin 1-ci hissəsi və 236-cı maddəsi əsasında aparılır", - DİN-in yaydığı məlumatda deyilir.