
8-9 fevral tarixlərində Gürcüstanda nisbətən soyuq və bəzi yerlərdə yağıntılı hava şəraiti davam edəcək, 10 fevralda isə hava açılacaq.
Aktual.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat verib.
Sinoptiklərin proqnozuna əsasən, Tbilisidə 8-9 fevralda narın yağış və duman müşahidə oluna bilər, 10 fevralda isə yağışsız hava şəraiti gözlənilir.
"Havanın temperaturu gündüz saatlarında +4, +6 dərəcə təşkil edəcək. Sahil bölgəsində - Batumi, Kobuleti, Anaklia və Potidə 8-9 fevralda nisbətən soyuq və bəzi yerlərdə yağışlı hava davam edəcək, 10 fevralda isə yağışsız hava gözlənilir. Havanın temperaturu gündüz saatlarında +9, +11 dərəcə olacaq" , - bildirilib.
"Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori və Tskhinvalidə 8-9 fevralda soyuq və bəzi yerlərdə yağışlı hava davam edəcək, 10 fevralda isə əsasən yağışsız hava gözlənilir. Havanın temperaturu gündüz saatlarında +5, +7 dərəcə olacaq.
Sağareco, Telavi, Qurcaani, Siqnaxi, Laqodexi, Kvareli, Axmeta, Dədoplitskaroda bəzi yerlərdə yağıntılı və dumanlı hava gözlənilir. Havanın temperaturu gündüz saatlarında +4, +6 dərəcə olacaq" , - məlumatda deyilir.