Ayətullah Xamenei:
07.02.2025 13:59
256
Dünya
A
Ayətullah Xamenei: "Əgər bizi təhdid etsələr, biz də onları təhdid edərik"

"ABŞ kağız üzərində dünya xəritəsini dəyişdirməyə çalışır, lakin bunun heç bir reallığı yoxdur".

Aktual.ge xəbər verir ki, bunu İranın ali dini lideri Ayətullah Seyid Əli Xamenei İran Ordusunun Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə komandanlığı ilə görüşdə söyləyib.

"Amerika bizim haqqımızda danışır, şərhlər verir və təhdidlər səsləndirir. Əgər bizi təhdid etsələr, biz də onları təhdid edərik. Əgər bu təhdidi reallaşdırsalar, biz də eynisini edərik. Xalqımızın təhlükəsizliyinə hücum etsələr, biz də tərəddüd etmədən onların milli təhlükəsizliyinə hücum edərik" , - əlavə edib.

ABŞ-ın yeni administrasiyası ilə danışıqların İranın problemlərinin həllinə heç bir təsiri olmayacağını deyən İran lideri qeyd edib:

“Elə zənn etməyin ki, o hökumətlə danışıqlar masasına otursaq, hansısa problem həll olunacaq. Xeyr, heç bir problem Amerika ilə danışıqlarla həll olunmayacaq. Niyə? Biz ABŞ və digərləri ilə 2 il danışıqlar apardıq. Razılaşma əldə olundu, lakin ABŞ-nin hazırkı prezidenti buna əməl etmədi və onu parçaladı".

ŞƏRH YAZ
5