Mixeil Kavelaşvili Natiya Turnavanı Milli Banka prezident təyin edib
07.02.2025 18:00
356
İqtisadiyyat
A
Mixeil Kavelaşvili Natiya Turnavanı Milli Banka prezident təyin edib

Seçki Kollegiyası tərəfindən prezident vəzifəsinə seçilən Mixeil Kavelaşvili, Milli Bank Şurası tərəfindən Milli Bankın prezidenti vəzifəsinə namizəd göstərilən Natiya Turnavanı təyin edib.

Aktual.ge xəbər verir ki, Milli Bankın yaydığı məlumata görə, Milli Bank Şurası bu gün keçirilən iclasda Natiya Turnavanın Milli Bankın prezidenti vəzifəsinə namizədliyini yekdilliklə təsdiqləyib.

Natiya Turnava 2023-cü ilin iyun ayından bu günə qədər Milli Bankın birinci vitse-prezidenti və prezident vəzifəsini icra edən şəxs kimi fəaliyyət göstərirdi. O, 2022-ci ilin iyun ayından Gürcüstan Milli Bankı Şurasının üzvüdür.

"Natiya Turnava ixtisasca iqtisadçıdır, Tbilisi Dövlət Universitetində iqtisadiyyat üzrə elmlər doktoru dərəcəsini alıb, həmçinin Böyük Britaniyanın Kambria Universitetində biznesin idarə edilməsi üzrə magistr dərəcəsini bitirib. O, Harvard Universitetinin Con Kennedi adına İdarəetmə Məktəbində, Vyana Birləşmiş İnstitutunda (JVI) və digər qurumlarda təhsil alıb. Tbilisinin bir neçə ali təhsil müəssisəsində müəllim kimi çalışıb.

Uzun illər ərzində Natiya Turnava həm dövlət, həm də özəl sektorda yüksək vəzifələrdə çalışıb. O, Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf naziri olub, bundan əvvəl isə nazirin birinci müavini vəzifəsini tutub. Eyni zamanda, Dövlət "Tərəfdaşlıq Fondu"nun icraçı direktorunun müavini, həmçinin "Gürcüstanın Beynəlxalq Energetika Korporasiyası" MMC-nin baş direktoru və direktorlar şurasının sədri olub.

Qeyd edək ki, Milli Bank tarixində Natiya Turnava prezident vəzifəsinə təyin olunan ilk qadın olub", - deyə Milli Bankın yaydığı məlumatda bildirilir.

 

ŞƏRH YAZ
20