
Avropa Şurasının Baş katibi Gürcüstan hökumətinin “xarici təsir haqqında” qanunun dəyişdirilməsindən imtina etməsi ilə bağlı narahatlığını ifadə edir.
Aktual.ge xəbər verir ki, bu barədə Avropa Şurasının mətbuat xidməti məlumat yayıb.
"3 fevral tarixində Avropa Şurasının Baş katibi Alen Berse Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə telefon danışığı apararaq “xarici təsir haqqında” qanuna düzəlişlər edilməsi üçün birgə işçi qrupunun yaradılmasını müzakirə edib.
Bu qrupun yaradılması barədə razılıq 2024-cü il dekabrın 20-də Alen Bersenin Tbilisiyə səfəri zamanı əldə olunmuşdu. 20 Yanvar tarixində Avropa Şurasının katibliyi rəsmi olaraq işçi qrupunun yaradılmasını tələb edən məktub göndərmişdi, lakin bu tələb cavabsız qalıb.
Bəyanata əsasən, 3 fevral bazar ertəsi günü keçirilən telefon danışığında Kobaxidze “dəyişən şəraitə görə” Gürcüstan hökumətinin artıq “xarici təsir haqqında” qanunun dəyişdirilməsi üçün birgə işçi qrupunda iştirak etmək niyyətində olmadığını bildirib. Halbuki, əvvəlcədən bu barədə razılıq əldə olunmuşdu.
Baş katib Gürcüstan rəsmilərinin bu qərarını böyük narahatlıqla ifadə edir. O, həmçinin Gürcüstanda qanunun aliliyi və insan haqlarının vəziyyəti, eləcə də siyasi mənzərədəki qütbləşmə ilə bağlı narahatlığını bir daha ifadə etdi. İndi əsas məqsəd hökumətin kurs dəyişikliyinin yaratdığı yeni vəziyyətin təsirini qiymətləndirməkdir. Gürcüstan rəsmiləri ilə dialoq davam edir”, – deyə bəyanatda qeyd olunub.