
2024-cü ildə Gürcüstana beynəlxalq səyahətçilər tərəfindən ümumilikdə 7 milyon 368 min 149 nəfər ziyarət həyata keçirilib ki, bu da əvvəlki illə müqayisədə 4.2% çoxdur.
Aktual.ge xəbər verir ki, bu barədə məlumatı Gürcüstanın Milli Turizm Administrasiyası yayıb.
Qurumun məlumatına görə, 2024-cü ildə Gürcüstana yüksək xərcləmə qabiliyyətinə malik ziyarətçilərin rekord səviyyədə axını qeydə alınıb.
2024-cü ildə Gürcüstana ən çox turist göndərən top-15 ölkənin siyahısı aşağıdakı kimidir:
Rusiya – 1 milyon 421 min 923 ziyarətçi
Türkiyə – 1 milyon 336 min 834 ziyarətçi
Ermənistan – 948 min 299 ziyarətçi
İsrail – 310 min 982 ziyarətçi
Azərbaycan – 219 min 356 ziyarətçi
Qazaxıstan – 178 min 930 ziyarətçi
İran – 145 min 670 ziyarətçi
Belarus – 140 min 536 ziyarətçi
Hindistan – 124 min 335 ziyarətçi
Ukrayna – 118 min 528 ziyarətçi
Çin – 88 min 583 ziyarətçi
Səudiyyə Ərəbistanı – 88 min 298 ziyarətçi
Almaniya – 78 min 644 ziyarətçi
Polşa – 66 min 504 ziyarətçi
Özbəkistan – 64 min 259 ziyarətçi