Yaşlı kişi üzüm bağında yanaraq ölüb
16.03.2025 00:27
851
Hadisə
A
Yaşlı kişi üzüm bağında yanaraq ölüb

Kaxetidə yaşı 70-dən az olan kişi üzüm bağında yanaraq ölüb.

Aktual.ge xəbər verir ki, hadisə bölgənin Telavi bələdiyyəsinin Kondoli kəndində baş verib.

Yerlı sakinlərin verdiyi məlumata görə, kişi üzümlükdəki qalıqları yandırarkən tüstüdən huşunu itirib, alovun içindən çıxa bilməyib və nəticədə özü də yanğının qurbanı olub.

Hadisə yerinə yanğınsöndürmə-xilasetmə və təcili tibbi yardım xidmətləri cəlb olunsa da, kişi artıq dünyasını dəyişmişdi.

Mənbə: Mtavari

ŞƏRH YAZ
9