
Kateqoriyalar
Tbilisidə gənc oğlan qətlə yetirilib.
Aktual.ge yerli mətbuata istinadən xəbər verir ki, gecə saatlarında baş verən qanlı hadisə nəticəsində 21 yaşlı gənc ölümcül bıçaq zərbələri alıb.
Hadisənin Tbilisidə, barlardan birinin yaxınlığında baş verdiyi məlum olub. Yaralı xəstəxanaya çatdırıldıqdan sonra dünyasını dəyişib.
Qətlin motivi hələlik bilinmir.
Daxili İşlər Nazirliyi hadisə ilə bağlı Cinayət Məcəlləsinin 108-ci maddəsi (qəsdən adam öldürmə) üzrə istintaq başladığını və bütün müvafiq tədbirlərin görüldüyünü bildirsə də, bu mərhələdə saxlanılan şəxs yoxdur.