Tbilisidə
17.03.2025 02:14
2183
Kriminal
A
Tbilisidə "Qanuni oğru"nun qardaşı qətlə yetirilib - FOTO

15 Mart gecə saatlarında Tbilisinin mərkəzi prospektlərindən biri olan Çavçavadzedə baş verən qətlin yeni detalları məlum olur.

Aktual.ge-nin xəbərinə görə, nüfuzlu qanuni oğrulardan biri olan Merab Suxumskinin qardaşı və Taqanskaya mütəşəkkil cinayətkar qrupunun lideri olan Levan Canqveladze güllələnib.

Mövcud məlumata görə, 60 yaşlı Canqveladze Çavçavadze prospektindəki səkidə gedərkən qətlə yetirilib. Qatil onu restoranın yaxınlığında bir müddət gözləyib, sonra isə atəş açaraq hadisə yerindən qaçıb. Suxumskinin qardaşına ümumilikdə 9 güllə sıxılıb. Güllərdən bəziləri yaxınlıqdakı kafenin şüşələrini qırıb.

Daxili İşlər Nazirliyinin hadisə ilə bağlı istintaqı davam edir. Bu mərhələdə saxlanılan olmayıb.

"Shot" teleqram kanalının məlumatına görə, Canqveladze tanışının dəfnində iştirak etmək üçün xaricdən gəlmişdi və şəhərdə mühafizəçilərin müşayiəti ilə hərəkət edirdi. Versiyalardan birinə əsasən, qətl Canqveladze ilə Şakro Molodoy arasındakı münaqişə ilə bağlıdır.

Xarici teleqram kanalları qeyd edir ki, Levan Canqveladze qardaşı Merab Suxumskinin bütün kriminal müharibələrində iştirak edib, həmçinin onun işlərini, o cümlədən qanuni biznesini idarə edib. Onun adı Yaponçik və Ded Xasan qətlləri ilə əlaqələndirilirdi.

ŞƏRH YAZ
10