İsrailin Qəzzaya son zərbələri nəticəsində həlak olanların sayı 356 nəfərə çatıb
18.03.2025 12:47
266
Dünya
A
İsrailin Qəzzaya son zərbələri nəticəsində həlak olanların sayı 356 nəfərə çatıb

İsrail Silahlı Qüvvələrinin Qəzza zolağına hücumları nəticəsində ölənlərin sayı 356 nəfərə çatıb.

Aktual.ge Report-a istinadən xəbər verir ki, bu barədə "Al Arabiya” məlumat verib.

"İsrailin Qəzza zolağına hücumları nəticəsində ölənlərin sayı 356-a çatıb, yüzlərlə yaralı və itkin düşən var", - “Al Arabiya” telekanalı məlumat verib.

Martın 18-i gecə İsrail Silahlı Qüvvələri Qəzza zolağına kütləvi zərbələr endirdiyini bildirib. “Axios” nəşrinin Baş nazir Benyamin Netanyahunun ofisindən aldığı məlumata görə, İsrail HƏMAS-a qarşı hərbi əməliyyatları yenidən başlatmaq qərarına gəlib.

ŞƏRH YAZ
12