18.03.2025 23:14
3400
Kriminal
A
"Aktual.ge"nin məlumatına görə, Marneulidə iş adamının evinə əl qumbarası atılıb

Marneuli Bələdiyyəsinin kəndlərindən birində dəhşətli hadisə baş verib.

Aktual.ge-nin əldə etdiyi məlumata görə, martın 18-i gecə saatlarında naməlum şəxslər iş adamının evinə əl qumbarası atıblar.

Möcüzə nəticəsində bomba partlamayıb və faciə yaşanmayıb. Qorxunc hücumun arxasında kriminal aləmin nümayəndələrinin dayandığı iddia edilir. Əldə edilən məlumatlara görə, bir müddət əvvəl iş adamından kriminal aləmin üzvləri külli miqdarda pul tələb ediblər, lakin biznesmen bu tələbi qəti şəkildə rədd edib.

Hadisənin təfərrüatları araşdırılır.

Aktual.ge DİN-in mətbuat xidməti ilə əlaqə saxlamağa çalışır.

ŞƏRH YAZ
18