Marneulidə ölümlə nəticələnən yol qəzası baş verib
22.03.2025 22:05
2831
Hadisə
A
Marneulidə ölümlə nəticələnən yol qəzası baş verib

Marneuli Bələdiyyəsinin Sadaxlı kəndində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Aktual.ge xəbər verir ki, iki avtomobilin toqquşması ilə nəticələnən qəza zamanı gənc oğlan ağır xəsarət alıb.

23 yaşlı gənc oğlan dərhal klinikaya çatdırılsa da, həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırmalara başlanılıb. 

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin səbəblərini müəyyənləşdirmək üçün ərazidə istintaq aparır.

ŞƏRH YAZ
16