Kavelaşvili Zurabişvilinin “xarici təsir” qanununun ləğvi barədə iddiasını geri çəkib
25.03.2025 15:56
374
Siyasət
A
Kavelaşvili Zurabişvilinin “xarici təsir” qanununun ləğvi barədə iddiasını geri çəkib

Seçki Kollegiyası tərəfindən prezident vəzifəsinə seçilmiş Mixeil Kavelaşvili Salome Zurabişvilinin “Xarici təsirin şəffaflığı haqqında” qanunun ləğvi ilə bağlı Konstitusiya Məhkəməsində qaldırdığı iddiasını geri çəkib.

Aktual.ge xəbər verir ki, məlumatı Prezidentinin administrasiyası yayıb.

“Xarici təsirin şəffaflığı haqqında” Gürcüstan qanunu şəffaflıq və hesabatlılığa əsaslanır ki, bu da Gürcüstan dövlətçiliyinin ən mühüm prinsipinin - dövlətin milli suverenliyinin və ölkənin sabit inkişafının qorunmasına töhfə verir. Qanun xarici güclərin maraqlarını təbliğ edən təşkilatların maliyyə mənbələri barədə ictimaiyyəti mümkün qədər məlumatlandırmağa xidmət edir. Müvafiq olaraq, Gürcüstan prezidenti Mixail Kavelaşvili konstitusiya iddiasını rədd etmək qərarına gəlib”, - deyə prezident administrasiyasının yaydığı məlumatda deyilir.

ŞƏRH YAZ
12