Dini Məsələlər üzrə Dövlət Agentliyi Gürcüstandakı müsəlmanları Qədr gecəsi münasibətilə təbrik edir
26.03.2025 11:39
224
Siyasət
A
Dini Məsələlər üzrə Dövlət Agentliyi Gürcüstandakı müsəlmanları Qədr gecəsi münasibətilə təbrik edir

Dini Məsələlər üzrə Dövlət Agentliyi Gürcüstandakı sünni müsəlman icmasını Qədr gecəsi münasibətilə təbrik edib.

Aktual.ge xəbər verir ki, agentliyin açıqlamasına görə, bu gün sünni müsəlmanlar Ramazan ayının son gecələrindən biri olan Qədr gecəsini qeyd edirlər.

“Müsəlman rəvayətlərinə görə, məhz bu gecə Peyğəmbər Məhəmmədə ilahi kitab – Qurani-Kərimin ilk ayələri nazil olub. Qədr gecəsinin əhəmiyyətinin min aydan daha üstün olduğuna inanılır. Bu səbəbdən müsəlmanlar bu gecəni ibadət edərək keçirməyə çalışırlar. Bu, müsəlmanlar üçün günahların bağışlanması, mərhəmət və mənəvi sakitlik gecəsidir.

Dini Məsələlər üzrə Dövlət Agentliyi bu müqəddəs gün münasibətilə sünni müsəlman icmasını təbrik edir, onlara xeyir-bərəkət və ümumbəşəri sülh arzulayır”, - deyə məlumatda qeyd olunub.

ŞƏRH YAZ
1