Marneulinin bu kəndlərində işıq olmayacaq
26.03.2025 12:26
243
Siyasət
A
Marneulinin bu kəndlərində işıq olmayacaq

"Energo Pro Georgia" şirkəti tərəfindən həyata keçirilən elektrik şəbəkəsinin planlı bərpa işlərinə görə, 26 Mart tarixində Marneuli bələdiyyəsində elektrik enerjisinin verilməsində fasilələr yaranacaq.

Aktual.ge xəbər verir ki, bu barədə “Energo-Pro Georgia” məlumat yayıb.

Məlumata görə, bu gün saat 12:00-dan 18:00-a kimi Marneuli bələdiyyəsinin Qasımlı, Araflı, Ulaşlı, Beytərəfçi, Quşçu, Axılmahmudlu, Baytallı, Yenikəndi, Seyidqocalı və Şulaveri kəndlərində elektrik enerjisinin verilməsi müvəqqəti olaraq dayandırılacaq.

Bərpa işləri başa çatdıqdan sonra elektrik enerjisinin verilməsi bərpa olunacaq və həmişəki rejimdə veriləcək.

ŞƏRH YAZ
2