Mamuka Xazaradze barəsində cinayət işi açılıb
26.03.2025 12:41
190
Siyasət
A
Mamuka Xazaradze barəsində cinayət işi açılıb

Gürcüstan Baş Prokurorluğu "Güclü Gürcüstan" partiyasının lideri Mamuka Xazaradze barəsində araşdırma başladığını bildirib.

Aktual.ge-nin məlumatına görə, bu barədə məlumatı Gürcüstan Baş Prokurorluğu təsdiqləyib.

İstintaq komissiyasının müraciəti əsasında başlayan araşdırma, Gürcüstan Cinayət Məcəlləsinin 349-cu maddəsi ilə aparılır.

Qeyd edək ki, 25 mart tarixində komissiya biznesə təzyiqlə bağlı "Magnat" şirkəti ilə bağlı iddianı müzakirə edib. "Magnat" yanacaqdoldurma məntəqələri şəbəkəsinin sahibi Cemo Leonidze, əvvəlki hakimiyyətin yüksək vəzifəli şəxsləri ilə birlikdə Mamuka Xazaradzeni əmlakını əlindən almaqda ittiham edir.

Komissiyanın iclasına "Güclü Gürcüstan" partiyasının liderləri Mamuka Xazaradze və Badri Japaridze dəvət olunmuşdular. Lakin Xazaradze sosial şəbəkədə açıqlama yayaraq, istintaq komissiyasına getməyəcəyini və "bu sirkin bir hissəsi olmayacağını" bildirdi. Badri Japaridze də iclasa qatılmayıb.

Komissiya, 26 mart tarixində qəbul etdiyi qərarla, onların işini əlavə araşdırma üçün prokurorluğa təqdim edib.

ŞƏRH YAZ
2