Xüsusi əməliyyat keçirilib: Xarici ölkə vətəndaşları saxlanılıb
26.03.2025 13:22
577
Siyasət
A
Xüsusi əməliyyat keçirilib: Xarici ölkə vətəndaşları saxlanılıb

Daxili İşlər Nazirliyinin Sameqrelo-Zemo Svaneti polis idarəsinin Zuqdidi rayon şöbəsinin əməkdaşları, həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik cinayətləri törətməkdə təqsirli bilinən 4 əcnəbi saxlayıb.

Aktual.ge-nin məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, saxlanılanlar Azərbaycan, Türkiyə və Rumıniya vətəndaşlarıdır. Məlumata görə, 1993, 1994, 1986 və 1996-cı il təvəllüdlü şəxslər qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmək ittihamı ilə saxlanılıblar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları narkotik ittihamı ilə həbs edilmiş şəxslərin şəxsi əşyalarına və nəqliyyat vasitələrinə baxış keçirərkən, sübut kimi 54 ədəd bağlamada qablaşdırılan külli miqdarda kokain və metadon aşkar ediblər.

Faktla bağlı Cinayət Məcəlləsinin külli miqdarda narkotik vasitələrin əldə edilməsi və saxlanması maddəsi ilə istintaq aparılır. Cinayət işi üzrə 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulur.

ŞƏRH YAZ
0