26.03.2025 14:23
228
Siyasət
A
"Almaniya sanksiyanı insan haqlarının pozulmasına cavabdeh olan şəxlərə tətbiq edib" - Səfir

Viza məhdudiyyətləri "Gürcü arzusu" partiyasının o liderlərinə tətbiq edilib ki, onlar insan haqlarının pozulmasına cavabdehdirlər.

Aktual.ge xəbər verir ki, bu sözləri Almaniyanın Gürcüstandakı səfiri Peter Fişer deyib.

Diplomatın sözlərinə görə, sanksiyalananların kimliyini açıqlaya bilməzlər, çünki Almaniyanın şəxsi məlumatların qorunması ilə bağlı qanunu var.

"Alman hökuməti bəzi gürcü vətəndaşlarına qarşı viza qadağası tətbiq edib, onları insan haqlarının pozulmasına və etirazçılara qarşı zorakılığa görə məsuliyyət daşıyan şəxslər kimi qiymətləndirir. Sanksiyalanan şəxslərin adları və soyadları açıqlanmayıb, çünki bizim şəxsi məlumatların qorunması ilə bağlı qanunumuz var və bu qanun bu məlumatın açıqlanmasına icazə vermir, - deyə Fişer bildirib.

Xatırladaq ki, Almaniya "Gürcü arzusu"nun yüksək rütbəli şəxslərinə sanksiyalar tətbiq edib.

 

ŞƏRH YAZ
1