Gələn aydan siqaretlərin satışı ilə bağlı yeni qanun qüvvəyə minəcək
26.03.2025 15:12
338
Siyasət
A
Gələn aydan siqaretlərin satışı ilə bağlı yeni qanun qüvvəyə minəcək

Aprelin 1-dən etibarən Gürcüstanda tütünlə mübarizə sahəsində islahatlar çərçivəsində daha bir tənzimləmə qüvvəyə minəcək. Artıq tütün məmulatlarının satışına yalnız adi, standartlaşdırılmış qablaşdırmada icazə veriləcək.

Aktual.ge xəbər verir ki, bu barədə Tütünlə Mübarizə Alyansı məlumat yayıb.

Qanuna əsasən, bütün brendlər tibbi xəbərdarlıqlar və digər zəruri məlumatlarla yanaşı, yalnız marka və yarımnövün adını əks etdirən vahid, standart rəngli qablaşdırmadan istifadə edəcəklər.

Bildirilir ki, sadə qablaşdırma xüsusilə yeniyetmələr və gənclər arasında tütün məmulatlarının cazibədarlığını azaltmaq məqsədi güdür. Araşdırmalara əsasən, standartlaşdırılmış qablaşdırma tütündən istifadəyə başlama ehtimalını azaldır və siqareti tərgitməyə kömək edir.

Aprelin 1-dən etibarən qanun pozuntuları ilə bağlı müvafiq tədbirlər görüləcək və qanunu pozan şəxslərə 5000 lari məbləğində cərimə tətbiq ediləcək.

ŞƏRH YAZ
2