Sürix-Tbilisi-Sürix reysləri başlayır – Biletlər neçəyədir?
26.03.2025 17:47
495
İqtisadiyyat
A
Sürix-Tbilisi-Sürix reysləri başlayır – Biletlər neçəyədir?

"Lufthansa Group"a daxil olan İsveçrənin "Edelweiss Air" aviaşirkəti Gürcüstanın aviasiya bazarında fəaliyyətə başlayır.

Aktual.ge xəbər verir ki, bu barədə məlumatı Mülki Aviasiya Agentliyi yayıb.

Agentliyin məlumatına görə, Sürix-Tbilisi-Sürix marşrutu üzrə uçuşlar Tbilisi Beynəlxalq Hava Limanından həyata keçiriləcək.

Bununla yanaşı, Mülki Aviasiya Agentliyinə təqdim olunan müraciətə əsasən, aviareyslər 12 aprel tarixindən etibarən həftədə iki dəfə – hər çərşənbə axşamı və bazar günü yerinə yetiriləcək.

"Edelweiss Air"in rəsmi internet səhifəsində qeyd edilib ki, uçuşlar aprel ayından oktyabr ayının sonuna qədər davam edəcək.

Bilet qiymətinə gəldikdə, 12 aprel reysi üçün 268 avro təşkil edir. Lakin qiymətlər dəyişkəndir və orta hesabla 189 avrodan 393 avroya qədər dəyişir.

Məlumat üçün bildirək ki, Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin tabeliyində fəaliyyət göstərən Mülki Aviasiya Agentliyi 20 mart 2024-cü il tarixində aviaşirkətə uçuşların həyata keçirilməsi üçün zəruri icazə verib.

"Edelweiss Air" istirahət və səyahət etmək istəyənlər üçün turizm istiqamətləri təklif etməyə yönəlib. Mülki Aviasiya Agentliyinin bildirdiyinə görə, aviaşirkətin Gürcüstan aviasiya bazarına daxil olması Gürcüstan və İsveçrə arasında nəqliyyatı əlçatan edəcək və Avropadan turist axınının artmasına kömək edəcək.

ŞƏRH YAZ
3