Qorxunc hadisə - 23 yaşlı qız iki gündür yoxa çıxıb
764
Hadisə
A
Qorxunc hadisə - 23 yaşlı qız iki gündür yoxa çıxıb
23 yaşlı Tamar Baaçalişvilinin axtarış əməliyyatı intensiv şəkildə davam etdirilir. Aktual.ge yerli mətbuata istinadən xəbər verir ki, 23 yaşlı qız 2 gündür yoxa çıxıb. Məlumata görə, hazırda gənc qızın ailə üzvləri Kvemo Poniçaladakı polis bölməsindədirlər. Hüquq-mühafizə orqanları, sonuncu dəfə qeyd edilən qızın kiminlə əlaqə qurduğunu müəyyən etmək üçün qızın şəxsi kompüterini nəzarətdən keçirirlər. İtmiş qızın atası Jumber Baaçaliaşvilinin sözlərinə görə, qıza məxsus avtomobil nəhayət Tetritsğaronun Xaişi kəndində küçə videokameraları tərəfindən, daha sonra isə Golteti kəndində qeydə alınıb. Bundan sonra isə iz itir, mobil telefonuna da zəng çatmır. Ailə üzvlərinin sözlərinə görə, Tamar Baaçaliaşvili ilk dəfədir ki, Tetritskaro rayonunda olub və orada heç bir qohumları yoxdur. Qeyd edək ki, T.Baaçaliaşvili Tbilisi sakinidir. Şənbə günü evədən çıxıb birdaha geri qayıtmayıb.
ŞƏRH YAZ
2