Əhalinin diqqətinə: Üç gün davam edəcək maqnit qasırğası gözlənilir
20.04.2025 14:48
888
Sağlamlıq
A
Əhalinin diqqətinə: Üç gün davam edəcək maqnit qasırğası gözlənilir

"Aprelin 22-i axşam saatlarında Yerdə "G1-G2" sinfindən olan maqnit qasırğaları başlaya bilər".

Aktual.ge xəbər verir ki, bu barədə "Fobos" hava mərkəzinin aparıcı mütəxəssisi Mixail Leus məlumat paylaşıb.

Proqnozlara əsasən, maqnit qasırğaları üç gün davam edəcək.

Sinoptikin sözlərinə görə, Yer kürəsinin həmişəkindən daha sürətli və sıx olan günəş küləyi axınına daxil olması səbəbindən maqnit qasırğaları gözlənilir:

"Aprelin 22-də axşama yaxın təqribən 85 faiz ehtimalla zəifdən orta səviyyəyə, "G1-G2" siniflərinə qədər maqnit qasırğaları başlayacaq".

Mənbə: Oxu

ŞƏRH YAZ
5