25.04.2025 01:07
502
Siyasət
A
"Başqa nə ilə bizi hədələyə bilərlər ki, axırda atom bombası atacaqlar bizə?" - Mdinaradze

"Əgər kimsə Avropa İttifaqının yetərincə çox dövlətinə bu şəkildə təsir göstərsə ki, bu qərara – [vizasız rejimin dayandırılmasına] gəlib çıxsınlar, bu o deməkdir ki, artıq şantaj üçün istifadə edilə biləcək heç bir vasitə qalmayacaq. Başqa nə ilə bizi hədələyə bilərlər ki, axırda atom bombası atacaqlar bizə?!".

Aktual.ge xəbər verir ki, bunu "Gürcü Arzusu"nun icraçı katibi, parlament çoxluğunun lideri, "Gürcü Arzusu"nun Parlamentdəki fraksiyasının sədri Mamuka Mdinaradze deyib.

Onum fikrincə, bu, "son güllə" olacaq.

"Birincisi, söhbət 61 ölkədən gedir [vizasız rejimin ləğv oluna biləcəyi ölkələr], və Avropa İttifaqı vizasız rejimin dayandırılması prosedurlarının sadələşdirilməsi qərarını qəbul edib. Gəlin fərz edək ki, bu qərar Gürcüstana yönəlib. O zaman nə ilə qarşılaşacağıq? Bir variant xalqı cəzalandırmaq cəhdidir. Bizim [hakimiyyətin] cəzalandırılmağımız başa düşüləndir, biz buna öyrəşmişik və dözürük, çünki xalq qarşısında məsuliyyətimizi tam dərk etmişik, bizi bu yolla qorxuda bilmədilər və bu, çox yaxşıdır. İndi xalqı ona görəmi cəzalandırırsan ki, 'Gürcü Arzusu'na səs verib?! Mən sizə deyim ki, niyə bu ehtimal mənim fikrimcə azdır. Bu, şantaj silahında sonuncu güllə olacaq və şantaj mənasını itirdikdən sonra başqa bir təzyiq aləti qalmayacaq. Əgər kimsə Avropa İttifaqının yetərincə çox dövlətinə bu şəkildə təsir göstərsə ki, bu qərara – [vizasız rejimin dayandırılmasına] gəlib çıxsınlar, bu o deməkdir ki, artıq şantaj üçün istifadə edilə biləcək heç bir vasitə qalmayacaq. Başqa nə ilə bizi hədələyə bilərlər ki, axırda atom bombası atacaqlar bizə?!" – deyə o, "İmedi" kanalının efirində söyləyib.

ŞƏRH YAZ
11