
Kateqoriyalar
Seçki Kollegiyası tərəfindən Prezidentliyə seçilmiş Mixeil Kavelaşvili Pasxa bayramı münasibətilə 33 məhkum edilmiş şəxsi əfv edib.
Aktual.ge xəbər verir ki, bu barədə onun mətbuat xidməti məlumat yayıb.
“Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili, Konstitusiya ilə ona verilmiş səlahiyyətlər çərçivəsində, Pasxa bayramı münasibətilə 33 məhkuma əfv tətbiq edib.
Əfv olunmuş şəxslər cəzaçəkmə müəssisələrini tərk etdikdən sonra ailələrinə qayıtmaq və yenidən cəmiyyətin tamhüquqlu üzvünə çevrilmək imkanı əldə edəcəklər”, – deyə məlumatda qeyd olunub.