
Kateqoriyalar
Gürcüstan Beynəlxalq Maarif Məktəbləri Marneuli şöbəsində 23 Aprel Milli Suverenlik və Uşaq Bayramı böyük coşğu və həyəcanla qeyd olunub.
Aktual.ge xəbər verir ki, şagirdlər tərəfindən oxunan şeirlər, mahnılar və nümayiş etdirilən səhnəciklərlə bayramın ruhu yaşadılıb.
Günün mənası və əhəmiyyətinə uyğun hazırlanmış proqramda şagirdlər üçün xüsusi fəaliyyətlər və idman tədbirləri təşkil olunub. 23 Aprel Milli Suverenlik və Uşaq Bayramı mövzusunda keçirilən rəsm müsabiqəsində qalib gələn şagirdlərə hədiyyələr təqdim olunub.