25.04.2025 15:05
194
Siyasət
A
"Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığı yeni səhifədən başlamağa tam hazırdır" - Papuaşvili

"Gürcüstan ABŞ-ın yeni administrasiyası ilə strateji tərəfdaşlığı yeni səhifədən başlamağa tam hazırdır".

Aktual.ge xəbər verir ki, bu barədə Parlamentin sədri Şalva Papuaşvili Gürcüstanın birinci vitse-premyeri Levan Davitaşvilinin ABŞ Dövlət Departamentində keçirdiyi görüşə münasibət bildirərək qeyd edib.

Papuaşvilinin sözlərinə görə, Gürcüstan dəfələrlə sübut edib ki, regionda ABŞ-ın ən etibarlı tərəfdaşıdır.

"Bizim məqsədimiz Birləşmiş Ştatların yeni administrasiyasına göstərməkdir ki, Gürcüstan strateji tərəfdaşlığı yeni səhifədən başlamağa tam hazırdır – elə bir tərəfdaşlığa ki, yalnız sözlərdən ibarət olmayacaq, əməllərlə də təsdiqlənəcək.

Bayden administrasiyası dövründə Gürcüstanla bağlı xoş sözlər deyilirdi, lakin əməldə Gürcüstan demokratiyasının əsası sarsıdılırdı – bu, ABŞ-dan maliyyələşən müxtəlif saxtakarlıqlar və siyasi maxinasiyalarla baş verirdi. Məhz bu maxinasiyaları Tramp administrasiyası ifşa etmişdi.

Biz indi real, yeni bir strateji tərəfdaşlıq təklif edirik. Gürcüstanın ABŞ-a nə təklif edə biləcəyini artıq dəfələrlə nümayiş etdirmişik – biz bu bölgədə ABŞ-ın ən etibarlı tərəfdaşı olmuşuq və bu mövqeyimizi qoruyuruq.

Sual budur: biz ABŞ üçün həqiqətən ən etibarlı tərəfdaşıqmı, ya yox?

Bu günlərdə tətbiq olunan sanksiyalar isə – ədalətsiz və əsassızdır. Bu, yalnız dövlətlərarası münasibətlər prinsiplərinə deyil, eyni zamanda insan hüquqlarının əsas anlayışlarına da ziddir.

Bu səbəbdən, belə ədalətsizlik sadəcə bir şərt və ya narazılıq deyil, həm də reallıqdır – belə hallar yolverilməzdir və aradan qaldırılmalıdır,” – deyə Şalva Papuaşvili bildirib.

 

ŞƏRH YAZ
12