
Türkiyə Superliqasında 36-cı turun oyunları keçirilib.
Aktual.ge xəbər verir ki, bugünki matçlardan sonra çempionun adına aydınlıq gəlib.
Lider "Qalatasaray" öz meydanında "Kayserispor"u qonaq edib. Görüş meydan sahiblərinin inamlı qələbəsi ilə yekunlaşıb - 3:0.
"Qalatasaray"ın ən yaxın izləyicisi "Fənərbağça" ev matçında "Eyüpspor"u qəbul edib. "Sarı-lacivərdlər" matçı qələbə ilə başa vursalar da, komandanın çempionluq yarışından kənarda qalmasına etiraz edən azarkeşlər tribunaları boş qoyublar - 2:1.
Beləliklə də, sona 2 tur qalmış "aslanlar" 89 xal toplayaraq digər klublar üçün əlçatmaz olub və sayca 25-ci çempionluğu təmin ediblər. "Fənər" liderdən 8 xal geri qalır. Komanda son qələbəsi ilə növbəti mövsüm üçün UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinə vəsiqə qazanıb. "Qartallar" isə üçlükdəki yerlərini "Samsunspor"a təhvil verərək 59 xalla 4-ci pilləyə eniblər.