Müxalif lider həbs olunacağını açıqladı
19.05.2025 12:34
473
Siyasət
A
Müxalif lider həbs olunacağını açıqladı

"Dəyişiklik üçün Koalisiyanın" liderlərindən biri olan Zurab Qirçi Japaridzenin sözlərinə görə, 22 may, cümə axşamı günü planlaşdırılan məhkəmə prosesi zamanı onu həbs edə bilərlər.

Aktual.ge xəbər verir ki, o, "Palitranews"un efirində qonaq olarkən belə deyib.

“Bu gün girov pulu ödəmək üçün son gündür. Bu gün məni həbs etməyəcəklər, amma cümə axşamı məhkəmə prosesim var. Cümə axşamı məni həbs etmə ehtimalı var”, - deyə müxalif lider qeyd edib.

Girovu ödəyib-ödəməyəcəyi ilə bağlı suala isə Zurab Japaridze belə cavab verib: “Xeyr, heç bir şans yoxdur. Əgər məni həbs etsələr, həbsxanaya gedəcəyəm. Gözləyirəm ki, məni həbs edəcəklər. 99% ehtimalla həbs olunacağam”.

Xatırladaq ki, Zurab Japaridzeyə, Gürcüstan Parlamentində "Gürcü Arzusu"nun təşəbbüsü ilə yaradılmış “2003–2012-ci illərdə fəaliyyət göstərən rejimin və siyasi vəzifəli şəxslərin fəaliyyətinin araşdırılması üzrə müvəqqəti istintaq komissiyası”na getmədiyi üçün 20 min lari məbləğində girov təyin edilib.

ŞƏRH YAZ
14