Ağır yol qəzası: 4 nəfər yaralanıb
19.05.2025 18:49
358
Hadisə
A
Ağır yol qəzası: 4 nəfər yaralanıb

Tbilisidə, Lilo yaşayış massivində baş verən qəza nəticəsində 4 nəfər xəsarət alıb.

Aktual.ge yerli mətbuata istinadən xəbər verir ki, hadisə zamanı yüngül avtomobil və yük maşını toqquşub.

Qəzanın digər təfərrüatları məlum deyil.

Daxili İşlər Nazirliyinin bildirdiyinə görə, hadisə ilə bağlı araşdırma Cinayət Məcəlləsinin 276-cı maddəsi üzrə başlanılıb. Bu maddə nəqliyyatın hərəkəti və ya istismarı qaydalarının pozulmasını nəzərdə tutur.

ŞƏRH YAZ
5