Tramp Putinlə danışdıqdan sonra dialoq barədə şad xəbəri dünyaya elan etdi
20.05.2025 08:56
695
Dünya
A
Tramp Putinlə danışdıqdan sonra dialoq barədə şad xəbəri dünyaya elan etdi

"Rusiya və Ukrayna çox yaxın vaxtlarda atəşkəs və münaqişəyə son qoyulması üzrə danışıqlara başlayacaq".

Aktual.ge xəbər verir ki, bunu Amerika lideri Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə telefon danışığından sonra deyib.

“Rusiya prezidenti Vladimir Putinlə iki saatlıq söhbəti indicə bitirdim. Məncə, çox yaxşı keçdi. Rusiya və Ukrayna dərhal atəşkəs və ən əsası müharibənin dayandırılması ilə bağlı danışıqlara başlayacaqlar. Bunun şərtləri iki tərəf arasında müzakirə olunacaq, çünki yalnız belə bir şey ola bilər. Çünki onlar danışıqların heç kimin şübhə etmədiyi təfərrüatlarını bilirlər. Söhbətin tonu və ruhu əla idi”, - deyə o bildirib.

ŞƏRH YAZ
3