Bakıda qeyri-adi hadisə: Vətəndaş 9 ədəd qaşıq udub - FOTO
20.05.2025 09:06
615
Maraqlı
A
Bakıda qeyri-adi hadisə: Vətəndaş 9 ədəd qaşıq udub - FOTO

Azərbaycanın paytaxtı Bakıda bir nəfər 9 ədəd qaşıq udub.

Aktual.ge Azərbaycan KİV-ə istinadən xəbər verir ki, saat 01:00 radələrində 3 saylı Bakı şəhər klinik xəstəxanasına təcili tibbi yardım üçün müraciət olunub.

İlkin məlumata görə, bir nəfərin bir neçə metal qaşıq udduğu bildirilib. Lakin xəstə bir neçə tibb müəssisəsi tərəfindən qəbul edilməyib.

Nəhayət, Bakı Sağlamlıq Mərkəzinə çatdırılan pasiyentə dərhal tibbi müdaxilə olunub.

Məlumata görə, xəstə 9 ədəd metal qaşığı udub. Həkimlər tərəfindən həyata keçirilən əməliyyat uğurla başa çatıb.

Bakı Sağlamlıq Mərkəzindən yerlu mətbuatın sorğusuna cavab olaraq bildirilib ki, endoskopik müdaxilə 4 saat davam edib və nəticə etibarilə zərərçəkənin vəziyyəti stabilləşdirilib.

Hazırda pasiyent reanimasiya şöbəsində müalicəsini davam etdirir, vəziyyəti stabildir.

ŞƏRH YAZ
7