İnsan alveri ilə məşğul olan qrup Gürcüstandan bu ölkəyə ekstradisiyası edilib
20.05.2025 11:40
1444
Kriminal
A
İnsan alveri ilə məşğul olan qrup Gürcüstandan bu ölkəyə ekstradisiyası edilib

Gürcüstandan Fransa Respublikasına transmilli cinayətkar qrup tərəfindən törədilmiş insan alveri cinayətinə görə axtarışda olan şəxslərin ekstradisiyası həyata keçirilib.

Aktual.ge xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Məlumata görə, qeyd olunan şəxslər Gürcüstan və Fransa tərəflərinin effektiv əməkdaşlığı nəticəsində Gürcüstanın Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Gürcüstan ərazisində saxlanılıblar.

"Ekstradisiya olunan şəxslər Fransa Respublikasının səlahiyyətli orqanları tərəfindən 2024-cü ildən 'İnterpol'un qırmızı bülleteninə əsasən axtarışa verilmişdilər. Fransa tərəfinin apardığı istintaq nəticəsində müəyyən olunub ki, 'Tantra Yoqa' adı altında fəaliyyət göstərən transmilli təşkilatlanmış qrup çərçivəsində, məqsədi cinsi istismar məqsədilə insan alveri olan bu qrupun bəzi bölmə rəhbərləri azı yeddi nəfərin Fransa Respublikasına aparılması və onların cinsi istismarında iştirak ediblər.

Gürcüstan Baş Prokurorluğunun təqdimatları əsasında, bu şəxslərin Fransa Respublikasına ekstradisiyası bütün instansiya məhkəmələrinin qərarı ilə mümkün hesab edilib. 2025-ci il 16 aprel tarixində Gürcüstanın ədliyyə naziri həmin şəxslərin Fransa Respublikasına ekstradisiyası ilə bağlı yekun qərar qəbul edib. Bundan sonra axtarışda olan şəxslər xüsusi penitensiar xidmətin əməkdaşları tərəfindən Fransa Respublikasının səlahiyyətli orqanlarının nümayəndələrinə təhvil verilib", - deyə qurumun bəyanatında qeyd olunub.

ŞƏRH YAZ
2