
Kateqoriyalar
Polşada mağaza oğurluğu ittihamı ilə 2 nəfər Gürcüstan vətəndaşı saxlanılıb.
Aktual.ge xəbər verir ki, bununla bağlı məlumatı Polşa KİV yayıb.
Bu ölkənin mətbuatında verilən xəbərə görə, ittiham olunanlar Opole şəhərində yerləşən mağazadan texnika, zərgərlik məmulatları və qida məhsulları oğurlayıblar – əşyaların ümumi dəyəri 1 600 avro təşkil edir.
Bundan əlavə, məlum olub ki, 48 yaşlı ittiham olunanlardan biri 2024-cü ildə Polşada olub – həmin vaxt o, ölkədən deportasiya edilib və ona Polşaya 7 il müddətinə daxil olmaq qadağan olunub. Gürcüstana qayıtdıqdan sonra o, şəxsi məlumatlarını dəyişdirərək yenidən Polşaya gedib.
Polşa mediasının məlumatına görə, hər iki saxlanılan şəxsə Şengen zonasına 10 il müddətinə giriş qadağan olunub.