Melia: “İkiüzlülük bitməlidir” – Müxalif lider xalqı mitinqə səslədi
20.05.2025 12:09
606
Siyasət
A
Melia: “İkiüzlülük bitməlidir” – Müxalif lider xalqı mitinqə səslədi

"Siyasi qeyri-müəyyənlik dövrü başa çatdı, artıq siyasi ikiüzlülüyə son qoymağın, siyasi aydınlıq dövrünün başlandığını qəbul etməyin vaxtıdır. Bütün suallara cavab verməyin vaxtı gəlib çatıb – nə edirik, yəni biz yerli seçkilər adlanan saxta prosesdə iştirak edəcəyikmi? Bu suala çox aydın cavab verilməlidir".

Aktual.ge xəbər verir ki, bunu müxalif “Dəyişikliklər üçün Koalisiyası”nın liderlərindən biri Nika Melia keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, yerli seçkilərdə iştirak etmək barədə ciddi düşünmək barışmaz mübarizə ilə uyğun gəlmir

“6 günə, 26 may gəlir – tarixi əhəmiyyətli bir gün. Hazırkı vəziyyət bu günə yeni və əlavə funksiyalar qazandırıb. Bu, bizə ölkənin müstəqilliyini qorumaq üçün mübarizə aparmaq öhdəliyini yükləyir. Çünki rejimin anti-gürcü siyasəti hələ də ölkənin suverenliyini və istiqamətini sarsıdır.

Siyasi qeyri-müəyyənlik dövrü başa çatdı. İndi siyasi ikiüzlülüyə son qoymaq və siyasi aydınlıq dövrünü başlatmaq vaxtıdır. Bütün suallara cavab verilməlidir – nə edirik? Biz yerli seçkilər adlanan saxta prosesdə iştirak edirikmi? Bu suala çox aydın cavab verilməlidir. Mən heç vaxt seçkilərdən imtina etməmişəm, seçkiləri ləğv edən 'Gürcü Arzusu' oldu. Mövcud olmayan bir şeyə daxil ola bilməzsən, ora daxil olmaq mövcud olmayanı legitimləşdirmək deməkdir. Bu mərhələdə bu konkret suala cavab verilməsi çox vacibdir. Çünki saxtalaşdırılmış seçkilərdən sonra bütün siyasi partiyalar birlikdə boykota getdi. Bu, insanlara mübarizənin sonadək aparılmağa dəyər olduğunu sübut etdi. Bu mübarizə davam edir, etirazlar dəyişməz olaraq qalır, ölkədə 50-dən çox siyasi məhbus var. İndi bu insanlar bizdən soruşur, ən azı soruşur: bu istiqamətdə nə etməyi planlaşdırırıq? Mən çox ümid edirəm ki, 6 gün sonra, 26 mayda, hər bir siyasi qurum və ya ayrıca şəxs – kim ki, cəmiyyət qarşısında bu suala cavab verməyə borcludur – cavab verəcək və bu, 26 mayın 31 mart kimi olmasının qarşısını alacaq. Kompromissiz mübarizədə olmaq və eyni zamanda artıq 4 ay öncədən yerli özünüidarəetmə seçkilərində iştirak etməyi ciddi şəkildə müzakirə etmək bir-biri ilə uyğun deyil. Arada-sırada belə sual səslənir: boykotdan sonra plan nədir? Cavab budur – boykotun özü plandır.

Ölkə daxilində rejimlə siyasi əməkdaşlıqdan imtina planın özüdür. Beynəlxalq siyasi təcridin dərinləşdirilməsi və genişləndirilməsi də plandır. Cəmiyyət, heç bir hücum və ya təzyiq olmadan, hər bir siyasi subyektdən aydın cavab gözləyir – hətta desələr ki, bəli, bu cür mövcud olmayan seçkilərə qatılmaq istəyirik, bu da cavabdır. Amma ikiüzlülük və qeyri-müəyyənlik mübarizəni çox zəiflədir. 26 mayda hər kəsdən xahiş edirəm ki, Rustaveli prospektində mümkün qədər çox insan olsun. Amma çox ümid edirəm ki, bu toplaşma 31 martdakı kimi nəticələnməyəcək və aydın cavablar veriləcək" , - deyeə müxalif lider qeyd edib.

Məlumat üçün bildirək ki, Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili və müxalifət partiyalarının yaratdığı platforma 26 May – Müstəqillik Günündə kütləvi mitinq keçirməyi planlaşdırır.

ŞƏRH YAZ
2