
Kateqoriyalar
Hərbi xidmətə çağırış zamanı tibbi müayinədən keçmək üçün tibbi ekspert komissiyasına getməyən şəxslər 1000 lari məbləğində cərimələnəcəklər.
Aktual.ge xəbər verir ki, bu dəyişikliklər Gürcüstan Müdafiə Nazirliyi tərəfindən hazırlanaraq qanunvericilik paketinə daxil edilib və Parlamentin müzakirəsinə təqdim olunub.
Mövcud qanunvericiliyə əsasən, yalnız çağırış komissiyasına ümumiyyətlə gəlməyən şəxslər bu məbləğdə cərimələnir. Lakin yeni dəyişiklik tibbi müayinəyə gəlməmək hallarına da eyni cərimənin tətbiqini nəzərdə tutur.