ABŞ-ın dövlət katibi:
21.05.2025 00:30
406
Siyasət
A
ABŞ-ın dövlət katibi: "Suriyanın yeni hökuməti yaxın həftələrdə devrilə bilər"

"Suriyanın keçid administrasiyası üzləşdiyi çətinliklər fonunda yaxın gələcəkdə tammiqyaslı vətəndaş müharibəsinə sürüklənə və ya hakimiyyətini tamamilə itirə bilər".

Aktual.ge  xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Marko Rubio Senatda keçirilən dinləmələr zamanı bildirib.

Onun sözlərinə görə, Ərəb Respublikasında vəziyyət qeyri-sabit olaraq qalır və bu səbəbdən ABŞ həmin ölkədə səfirlik açmaq niyyətində deyil:

"Qiymətləndirməmizə görə, keçid hökuməti irimiqyaslı vətəndaş müharibəsinə və potensial çöküşə, həmçinin ölkənin parçalanmasına səbəb ola biləcək hadisələrdən sadəcə bir neçə həftə və ya ay uzaqlıqdadır".

Mənbə: Oxu

ŞƏRH YAZ
10