
Bir neçə aylıq artımdan sonra dünya bazarlarında qızılın qiyməti enməyə başlayıb.
Aktual.ge xəbər verir ki, bir unsiya qızılın qiyməti birjalarda 3 min 222 dollar olub ki, bu da bir aylıq intervalda 85.6 dollar azalma deməkdir. Birgünlük müqayisədə isə qiymət təxminən 7 dollar azalıb.
"Reuters" xəbər agentliyinə açıqlamasında "WisdomTree" şirkətinin analitiki Niteş Şah bildirib ki, dolların möhkəmlənməsi və Pekinlə Vaşinqton arasında ticarət münaqişəsinin yumşalması qızılın — "təhlükəsiz sığınacaq" kimi tanınan aktivin — tələbinə mənfi təsir göstərib.
Onun qiymətləndirməsinə görə, “Tütün həftə ərzində ticarət danışıqları ilə bağlı müsbət siqnallar eşidilirdi və dolların məzənnəsi möhkəmləndi, bu isə qızılın qiymətinə mənfi təsir edir”.
Xüsusilə, mayın 12-də ABŞ və Çin bir-birinə qarşı tariflərin azaldılması barədə razılığa gəldiklərini bəyan etdilər ki, bu da maliyyə bazarlarında əhval-ruhiyyəni yaxşılaşdırdı. Bununla yanaşı, analitiklər ABŞ iqtisadiyyatının durumu və Federal Ehtiyat Sisteminin mümkün monetar siyasət addımları ilə bağlı əlavə məlumat gözləyirlər. Onlar tənzimləyici qurumun nümayəndələrinin çıxışlarını izləyirlər.