Marneulidə
21.05.2025 09:05
296
Maraqlı
A
Marneulidə "Pasaj Sara Gözəllik" salonunda master-klass keçirilib - VİDEO

Gürcüstanın tanınmış stilisti və vizajisti Edo Malxazia Marneulidə, Sara Pasajda yerləşən "Sara Gözəllik" salonunda yerli gözəllik salonlarının əməkdaşları və vizajistləri üçün master-klass keçib.

Tədbir zamanı o, müasir makiyaj trendləri, saça qulluq texnikaları və peşəkar iş prinsipləri ilə bağlı iştirakçılara ətraflı məlumat verib. Master-klass interaktiv şəkildə keçib, iştirakçılar öz suallarını ünvanlayıb, praktiki nümunələr üzərində biliklərini təkmilləşdiriblər.

"Sara Gözəllik" salonunun təşəbbüsü ilə keçirilən bu tədbir Marneulidə fəaliyyət göstərən vizajist və stilistlər üçün həm öyrədici, həm də motivasiyaedici bir platformaya çevrilib. Gələcəkdə də bu kimi layihələrin davam edəcəyi bildirilib.

ŞƏRH YAZ
6