Marneuli rayon Sabirkənd sakinləri hökumətdən şikayətçidir
21.07.2020 14:57
469
Hadisə
A
Marneuli rayon Sabirkənd sakinləri hökumətdən şikayətçidir
Marneuli rayonunun Algeti Ərazi Vahidliyinin Sabirkənd sakinləri 5 hektar yarım otaracaq ərazisinin satılaraq yerində zavod tikilməyindən şikayətlənirlər. Aktual.ge-nin xəbərinə görə, bir grub Sabirkənd kənd sakinkəri, bugün kəndlərində mal-qara otaracağının olmamasından dolayı bir araya toplaşaraq etiraz şikayətlərini bildirib. Bir grup Sabirkənd kənd sakinləri belə bir hadisənin ilk olmadığını, bundan əvvəl də kəndin 240 hektara qədər otaracaq yerinin satıldığını söyləyirlər. Onlar 240 hektar ərazinin saxta sənədlər vasitəsiylə alındığını iddia edirlər. Bir grub kənd sakini aidiyyatı qurumlardan məsələnin həlli üçün kömək istəyir. Müxalif "Avropalı Gürcüstan" partiyasının Marneuli qərargahının sədri və bələdiyyə məclisinin üzvü Əhməd İmamquluyev Sabirkənd kənd sakinlərinin toplaşaraq etiraz etdiyi yerə gedib. O öz şəxsi "Facebook" hesabı üzərindən yayımladığı canlı yayında qeyd olunan məsələ ilə bağlı aidiyyatı qurumlara müraciət edib: "Sabirkənd sakinləri 5 hektar yarım otaracaq ərazisinin satılaraq yerində zavod tikilməyindən şikayətlənirlər. Kənd əhalisi bizim 'marionet' merimizə də zəng vurublar. İnsanlar burada oturub mer və onun nümayəndələrinin gəlməsini gözləyirlər. Təəssüflər olsun ki, merimiz yalnız və yalnız parlament deputatlığının eşqinə düşüb və zərrə qədər də olsa xalqın qayğısına qalmır, qalmayıb və qalmayacaq. Bunu istəyirəm sizlərə bildirəm. Məni bu gün burada olma məqsədim odur ki, xalqın problemini hərkəsə göstərməkdir. Mən buradakı tikilinin qanunsuz olduğunu düşünürəm. Əgər belə deyilsə o zaman 'marionet' merimiz gəlsin və lazımı sənədlərlə bunun qanunsuz olmadığını təsdiqləsin.“
ŞƏRH YAZ
1