İran XİN rəhbəri İstanbuldan bəyan etdi: ABŞ-ın hücumuna cavab veriləcək!
22.06.2025 16:12
235
Dünya
A
İran XİN rəhbəri İstanbuldan bəyan etdi: ABŞ-ın hücumuna cavab veriləcək!

İranın xarici işlər naziri Abbas Arakçi, ABŞ-ın üç nüvə obyektinə təşkil etdiyi hücumla bağlı açıqlama verib.

Aktual.ge xəbərə verir ki, o, açıqlamasında bildirib ki, "ABŞ, soyqırımçı İsrail rejimi ilə birlikdə hücum edib".

İslam Əməkdaşlıq Təşkilatının sammitində iştirak etmək üçün İstanbulda olan İran XİN rəhbəri, ölkəsinə ABŞ tərəfindən edilən hücuma dair kameralar qarşısında sərt açıqlama verib. O, ABŞ-ın təhlükəli bir əməliyyata başladığını vurğulayaraq, İranın bu hücuma cavab verəcəyini bildirib.

"Birləşmiş Millətlər Təşkilatı bu hücuma görə ABŞ-ı məsuliyyətə cəlb etməlidir. Nüvə obyektlərinə edilən hücum bağışlanmazdır. ABŞ-ın təşkil etdiyi bu hücuma cavab verəcəyik” , - deyə İranın Baş diplomatı qeyd edib.

Diplomatiyaya xəyanət edən Amerikadır deyən Abbas Arakçı əlavə edib:

“Birdən-birə ABŞ qüvvələrinin hücumu ilə üz-üzə qaldıq. İran, ABŞ-ın nüvə obyektlərinə etdiyi hücumları qınayır. Bu, BMT-nin qaydalarının pozulmasıdır. Vaşinqtondakı qanun tanımayan idarə bu hücumlara görə məsuliyyət daşıyır. ABŞ soyqırımçı rejimlə birlikdə hücum edib. Belə bir təcavüzkarlıq qarşısında səssiz qalmaq, dünyanı misli görünməmiş xaosa sürükləyəcək. BMT Təhlükəsizlik Şurası ABŞ-ın İrana qarşı tutumuna görə onu qınamalıdır. Diplomatiyaya xəyanət edən ABŞ-dır – o, sionist rejimi dəstəkləyərək bu qeyri-qanuni savaşa dəstək verir. Bildirmək istəyirəm ki, bu məsələdə nəticələrə görə tam və yeganə məsuliyyət ABŞ administrasiyasının üzərindədir. İran öz təhlükəsizlik maraqlarını və xalqını qorumaq üçün bütün tədbirləri görəcək.

Çin və Rusiyadan gözləntiniz nədir sualına isə o belə cavab verib:

"Bu gün Moskvaya gedirəm, sabah Rusiya lideri Putinlə görüşəcəyəm. Rusiya İranın dostudur. Biz daim bir-birimizlə əlaqə saxlayırıq".

ŞƏRH YAZ
0