
Kateqoriyalar
Milli Ətraf Mühit Agentliyi gözlənilən hava şəraiti ilə bağlı məlumat yayıb.
Aktual.ge xəbər verir ki, iyunun 22-si axşam saatlarından iyunun 23-ü günün ikinci yarısınadək Şərqi Gürcüstanın şərq bölgələrində bəzi yerlərdə güclü və qısa müddətli yağış, şimşək, dolu və ara-sıra qərb istiqamətli küləyin güclənməsi gözlənilir.
“Mövcud yağıntılar Şərqi Gürcüstanın kiçik çaylarında selə, həmçinin təpəlik və dağlıq ərazilərdə sürüşmə və sel proseslərinin yaranmasına və ya aktivləşməsinə səbəb ola bilər" , - qeyd olunan məlumat da, təhlükə səviyyəsi orta olaraq proqnoz edilib.