Gürcüstanı tərk edənlərin sayı 50%-dən çox artıb
23.06.2025 11:22
464
Siyasət
A
Gürcüstanı tərk edənlərin sayı 50%-dən çox artıb

Ötən il 121 425 nəfər Gürcüstandan mühacirət edib.

Aktual.ge xəbər verir ki, bu barədə Milli Statistika İdarəsinin hesabatından məlum olur.

İllik müqayisədə  ölkəni tərk edənlərin sayında 50,5% artım qeydə alınıb.

2024-cü ildə Gürcüstana mühacir edənlərin sayı isə illik müqayisədə 34% artaraq 135 811 nəfər təşkil edib.

Hesabat ilində  ölkədən mühacirət edənlərin 85,6%-ni, immiqrantların isə 85,8%-ni əmək qabiliyyətli yaşda (15-64 yaş qrupu) olan şəxslər təşkil edib.

Ötən il immiqrantların 48,2%-i, emiqrantların isə 53,2%-i Gürcüstan vətəndaşları olub.

ŞƏRH YAZ
1