Azərbaycanda xüsusi karantin rejimi müddəti uzadılıb
23.06.2025 12:46
969
Dünya
A
Azərbaycanda xüsusi karantin rejimi müddəti uzadılıb

Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb.

Aktual.ge xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Baş nazir Əli Əsədov qərar imzalayıb.

"Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2025-ci il 1 oktyabr saat 06:00-dək uzadılıb.

Bundan əvvəl həmin müddət 1 iyul saat 06:00-dək olan dövrü əhatə edib" , - Azərbaycan hökumət başçısının qərarında qeyd olunub.

ŞƏRH YAZ
19