Məhkəmə Mamuka Xazaradzeyə həbs qərarı verdi
23.06.2025 13:03
337
Siyasət
A
Məhkəmə Mamuka Xazaradzeyə həbs qərarı verdi

Müxalif “Lelo – Güclü Gürcüstan” koalisiyasının lideri Mamuka Xazaradze, Gürcüstan Parlamentinin müvəqqəti istintaq komissiyasının tələbini yerinə yetirmədiyinə görə məhkəmə tərəfindən təqsirli bilinib.

Aktual.ge xəbər verir ki, hakim Zviad Şaradzenin qərarına əsasən, o, 8 ay müddətinə azadlıqdan məhrum edilib. Eyni zamanda, 2 il müddətinə vəzifə tutmaq hüququndan məhrum edilib.

Məhkəmə hökmünün elan olunmasında təqsirləndirilən Mamuka Xazaradze prosesdə iştirak etməyib və son söz hüququndan da istifadə etməyib.

Xatırladaq ki, Mamuka Xazaradze Gürcüstan Parlamentinin müvəqqəti istintaq komissiyasında izahat vermək üçün çağırılmışdı, lakin o, komissiyaya gəlməyib. Bu səbəbdən ona Gürcüstan Cinayət Məcəlləsinin 349-cu maddəsi ilə ittiham irəli sürülüb. Həmin maddə “Parlamentin müvəqqəti istintaq komissiyasının tələbini yerinə yetirməmək” anlamına gəlir və bu əməlin cərimə, 1 ilə qədər azadlıqdan məhrumetmə, yaxud 3 ilə qədər vəzifə və fəaliyyət hüququndan məhrumetmə cəzası nəzərdə tutur.

Mamuka Xazaradzeyə qətimkan tədbiri kimi 50 min lari məbləğində girov təyin edilmişdi və o, bu məbləği qanunla müəyyən edilmiş müddətdə ödəmişdi.

Qeyd edək ki, oxşar ittihamlarla sabiq müdafiə naziri İrakli Okruaşvili və müxalif "Dəyişiklik üçün Koalisiya"nın liderləri Zurab Qirçi Caparidze, Nika Melia və Nika Qvaramia həbs olunub.

ŞƏRH YAZ
13