SON DƏQİQƏ! Mamuka Xazaradze və Badri Caparidze saxlanıldı
23.06.2025 18:32
344
Siyasət
A
SON DƏQİQƏ! Mamuka Xazaradze və Badri Caparidze saxlanıldı

Gələn son dəqiqə xəbərinə görə, müxalif "Lelo" partiyasının qurucuları Mamuka Xazaradze və Badri Caparidze saxlanılıb.

Aktual.ge xəbər verir ki, müxalif liderlərin qollarına qandallar partiyanın mərkəzi qərargahının qarşısında taxılıb. 

“Oliqarxiyaya od! Bidzinanın rus rejimi tezliklə devriləcək” , – deyə Mamuka Xazaradze polis maşınına mindirilməzdən əvvəl söyləyib.

Badri Caparidze isə deyib: “Gürcüstan qalib gələcək”.

Hazırda partiyanın mərkəzi qərarhahının yaxınlığında təkcə siyasətçilər deyil, həm də Badri Caparidze və Mamuka Xazaradzenin tərəfdarları toplaşıb. Onlar "Ayıbır - Ayıbdır" şüarı sələndirir.

Xatırladaq ki, Mamuka Xazaradze və Badri Caparidze Gürcüstan Parlamentinin müvəqqəti istintaq komissiyasında izahat vermək üçün çağırılmışdı, lakin o, komissiyaya gəlməyib. Bu səbəbdən ona Gürcüstan Cinayət Məcəlləsinin 349-cu maddəsi ilə ittiham irəli sürülüb. Həmin maddə “Parlamentin müvəqqəti istintaq komissiyasının tələbini yerinə yetirməmək” anlamına gəlir və bu əməlin cərimə, 1 ilə qədər azadlıqdan məhrumetmə, yaxud 3 ilə qədər vəzifə və fəaliyyət hüququndan məhrumetmə cəzası nəzərdə tutur.

Siyastəçilərə qarşı qətimkan tədbiri kimi 50 min lari məbləğində girov təyin edilmişdi və onlar bu məbləği qanunla müəyyən edilmiş müddətdə ödəmişdi.

Qeyd edək ki, oxşar ittihamlarla sabiq müdafiə naziri İrakli Okruaşvili və müxalif "Dəyişiklik üçün Koalisiya"nın liderləri Zurab Qirçi Caparidze, Nika Melia və Nika Qvaramia həbs olunub.

ŞƏRH YAZ
11