
ABŞ-ın İranın nüvə obyektlərinə hücumundan sonra Tehran cavab olaraq Qətərin paytaxtı Doha və İraqdakı ABŞ bazasını vurdu; İran əməliyyata "Qələbə Müjdəsi" adını verərkən, israilli rəsmilər İrana məxsus 6 raketin ABŞ bazasına atıldığını bildirib.
Aktual.ge xəbər verir ki, bu haqda İranın IRIB dövlət telekanalı məlumat yayıb.
Həmçinin İran Milli Təhlükəsizlik Şurası bildirib ki, "Qətərdəki ABŞ bazasına hücumda istifadə etdiyimiz raketlərin sayı, ABŞ-ın nüvə obyektlərimizə hücumda istifadə etdiyi bomba sayı ilə eyni idi. Bu əməliyyat dost və qardaş ölkə olan Qətər üçün heç bir təhlükə yaratmır" — və El-Udeyd ABŞ Hərbi Hava Bazasının məhv edildiyi qeyd olunub.
"The New York Times" nəşrində yer alan məlumata görə isə İran hücumdan əvvəl ABŞ və Qətəri məlumatlandırıb.