
Dünyanı narahat edən müharibənin 11-ci günü bütün şiddəti ilə davam edərkən, Tel-Əvivin rəhbərliyinin əsl planı isə Mədəniyyət naziri Amihai Eliyahunun canlı yayımda dediklərindən bəlli oldu.
Aktual.ge Türkiyə mətbuatına istinadən xəbər verir ki, israilli nazir planın İranda müxalifəti ayağa qaldırmaq olduqlarını vurğulayıb.
“İranda müxalifəti ayağa qaldırmaq üçün çalışırıq və onlarla yaxın təmasdayıq” , - söyləyən Amihai Eliyahunun
Qeyd edək ki, İsrail 13 iyun tarixində İranın müxtəlif şəhərlərində yerləşən nüvə obyektləri başda olmaqla, ordunun ali komanda heyətini hədəf alan genişmiqyaslı hücumlar həyata keçirib. Hücumlar nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun baş komandanı, bir sıra yüksək rütbəli komandirlər və 9 nüvə alim həlak olub.İranın Səhiyyə Nazirliyi 21 iyun tarixində verdiyi açıqlamada, İsrailin hücumları nəticəsində ümumilikdə 430 mülki şəxsin həlak olduğunu, yaralı sayının isə 3 min 500-dən çox olduğunu bildirdi. İsrail Baş Nazirliyinin Ofisi isə İran ordusunun cavab zərbələri zamanı 24 nəfərin öldüyünü, 1272 nəfərin yaralandığını açıqlayıb.